
Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli sənətçilər Murat Boz və Seda Bakan “Öldür beni, sevgilim” filminin qala gecəsi üçün Bakıya gəlib.
BAKU.WS-in məlumatına görə, hər iki məşhur yerli media nümayəndələrinin suallarını cavablandırıblar. Həm Murat, həm də Seda paytaxtımıza heyran olduqlarını gizlətməyiblər.
Bakıya ilk dəfə gələn S. Bakan bunları deyib:
"Biz sizdən örnək götürməliyik. Qədim binalarınızı qoruyursunuz. Bizdə qədim binaları söküb yerinə yenisi tikiblər. Yenisi isə çox pis görünür. İstanbulda hər yerdə tikinti gedir. Bir tərəfdə böyük-böyük plazalar, bir tərəfdə isə köhnə evlər. Həyat və yollar bir-birinin içinə girib".
M. Boz "Mən onsuz da Bakıya heyranam. Burada yolların çox geniş olmasını sevirəm" - deyə, əlavə edib.
Hüseyn Məmmədsalahov
BAKU.WS