Burak Özçivit Bakıya gəlir

27
okt
2017
11:13
Tanınmış türkiyəli aktyor Burak Özçivit Bakıya gəlir.BAKU.WS-in məlumatına görə, bu barədə “Park Cinema”nın "Facebook" səhifəsində məlumat verilib. Tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni "Mənim qardaşım - 2" ("Kardeşim Benim 2") filminin təqdimatı ilə bağlıdır. Baş rolları B.Özçivit və Murat Boz ifa ediblər. Filmin qala-gecəsi noyabrın 30-da keçiriləcək.Qeyd edək ki, "Mənim qardaşım"ın birinci hissəsinin premyerası B.Özçivitin və tanınmış aktrisa Əsli Ənvərin iştirakı ilə Bakıda ötən ilin fevralında keçirilmişdi. Aktyorun Bakıya gəlişi böyük izdihamla qarşılanmışdı. İmanBAKU.WS

Oxşar xəbərlər
Burak Özçivit və Fahriye Evcenin möhtəşəm toyundan görüntülər (VİDEO)
Uzun müddətdir sevgili olan Burak Özçivit və Fahriye Evcenin dünən axşam dəbdəbəli toy məclisi baş tutub. BAKU.WS-in məlumatına görə, "Sait Halim Paşa yalı"sı...