Məşhur türk aktrisasının əslən azərbaycanlı olduğu üzə çıxdı - FOTO

Məşhur türk aktrisasının əslən azərbaycanlı olduğu üzə çıxdı - FOTO
Şou-biznes 4060
Türkiyəli aktrisa Nergis Kumbasar rol aldığı "Çat Kapı Aşk" filminin təqdimat gecəsinə qatılmaq üçün Bakıya gəlib. BAKU.WS-in məlumatına görə, təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran aktrisa atasının əslən azərbaycanlı olduğunu açıqlayıb.Bakıda səfərdə olan N. Kumbasar bunları deyib: "Bu mənim Bakıya 3-cü gəlişimdir. İlk gəlişim işlə bağlı idi. Amma ikinci dəfə qızım ilə birgə istirahət məqsədi daşıyırdı. Mənim ana tərəfim rus, ata tərəfim isə azərbaycanlıdır. Ona görə də buralar mənə çox doğmadır. Çox zaman bir ölkəyə dəfələrlə gəzintiyə gedirik. Amma Azərbaycana nədənsə az gəlirik. Mən bura haqqında, Qobustan barədə danışanda hamının marağına səbəb olur”.Hüseyn MəmmədsalahovBAKU.WS
Nergis Kumbasar

Son xəbərlər