Meral Konrat: “Fəxrəddinlə, Zülfiyyə məndən üzr istəməlidir” (VİDEO)

Meral Konrat: “Fəxrəddinlə, Zülfiyyə məndən üzr istəməlidir” (VİDEO)
Video
Şou-biznes 6229

Mərhum rejissor Rasim Ocaqovun "Təhminə” filmindəki baş rolun ifaçısı, türkiyəli aktrisa Meral Konrat Bakıdadır.

BAKU.WS xəbər verir ki, aktrisa paytaxtımızda  "Nizami” Kino Mərkəzində baş tutan Türk Filmləri Həftəsi çərçivəsində qonaq olub.

M.Konrat jurnalistlərlə görüşündə onların suallarını cavablandırıb. Ortaya maraqlı məqamlar çıxıb. M.Konrat iddia edib ki, xalq artisti Zülfiyyə Xanbabayeva 2007-ci ildə türkiyəli aktrisanı Bakıya "Təhminə” filminin ikinci hissəsinin çəkilişlərinə dəvət edib.

Bakıya gələn M.Konrata sonradan məlum olub ki, çəkiliş film deyil, klip üçündür. O, bundan bərk qəzəblənib:

"Meral Konratın sözlərinə görə, xalq artisti Fəxrəddin Manafov onu Bakıya "Təhminə 2" filminin anons çəkilişlərinə dəvət etmişdi. Sonradan məlum oldu ki, çəkiliş filmin tanıtım çarxı deyil, xalq artisti Zülfiyyə Xanbabayevanın klipidir: 

"2007-ci ildə məni Bakıya "Təhminə 2" filminin tanıtım çəkilişlərinə dəvət etdiklərini deyirdilər. Fəxrəddin Manafov özü mənə telefon açıb, Bakıya çağırdı. Mən də gələn zaman filmin ssenarisini istədim. Dedilər anons çəkilsin, tanış olacaqsan. Məni uşaq kimi aldatdılar. Sən demə, məni sadəcə klip çəkilişlərinə gəlmişəm. Bu məsələdə Zülfiyyə Xanbabayevanın da alət olduğunu düşünürəm. Çəkiliş zamanı Z.Xanbabayevanı gördüyümdə mənə dedilər ki, o, filmin musiqilərini ifa edəcək. Mən nağıllara qulaq asmışam. Çox incidim, xüsusi ilə Fəxrəddindən. Çünki onu qardaşım kimi çox istəyirdim". Açıqlamasının davamında M.Konral qeyd edir ki, ondan heç kim üzr də istəmədi: "Mən almadığım qonararı belə kənara qoyuram. Amma məndən heç üzr də istəmədilər. Dəfələrlə Fəxrəddin Manafova zəng etdim. Amma o, mənə cavab vermədi. Bir neçə dəfə üz-üzə də gəldik. Ancaq o, heç bu məsələyə toxunmadı. Məsələnin üstündən neçə il keçməsinə baxmayaraq , o hələ də məndən üzr istəməyib. Bu gün qarşıma çıxsa, ona üzr çevirmərəm. Amma ondan jest gözləyərəm. Fəxrəddin Manafovla Zülfiyyə Xanbabayevanın mənə üzr borcu var". 

Aktrisa onu da əlavə edib ki, o, başına gələnlərə görə məhkəməyə belə müraciət edə bilərdi. Amma Fəxrəddin Manafovun xətrinə bunu etməyib.

Aytən.H

BAKU.WS

]

Oxşar xəbərlər

Son xəbərlər