"O, buna görə fədakarlıqla mübarizə aparırdı..." - Filip Aygünü xatırladı - VİDEO
27
iyl
2018
11:34
"Jara" Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən mətbuat konfransı məşhur ulduzların bir çox yaddaqalan açıqlamaları ilə yadda qalıb. BAKU.WS xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Rusiyanın xalq artisti Filip Kirkorov Azərbaycanın xalq artisti Aygün Kazımova haqqında danışmağı da unutmayıb. F. Kirkorov A. Kazımovanın illər öncə Rusiyada verdiyi konsertindəki çıxışını xatırlayaraq, pop-diva haqqında bunları deyib:"Aygün Kazımova ilk müğənni idi ki, 15 il əvvəl mənim Azərbaycana gəlməyimi istəyirdi və o, buna görə fədakarlıqla mübarizə aparırdı. O, hər zaman mənə və nə vaxtsa Azərbaycana gəlməyimə inanırdı Həmin dövrdə heç nə alınmadı, amma onunla gözəl mahnılar oxuduq, mən onun Kremldəki konsertində də çıxış etdim. Nəhayət, 15 ildən sonra Bakıya gəldim. Təəssüf ki, biz "Jara"da görüşə bilməyəcəyik. Ona mənim sevgimi, minnətdarlığımı və salamımı çatdırın".Bunu eşidən xalq artisti Emin Ağalarov isə öz növbəsində Filip Kirkrova "Jara"nın son günündə iştirak etməyi və A.Kazımova ilə duet ifa etməyi təklif edib. F. Kirkorov isə Eminin təklifinə belə cavab verib: "Mütləq ifa edərik, üstəlik bizim Azərbaycan dilində mahnılarımız da var". Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
"Jara” festivalının təşkilatçıları mətbuat konfransı keçirib - FOTO
Bakıda "Jara” Beynəlxalq Musiqi Festivalının başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib. Mətbuat konfransında təşkilatçılar - Azərbaycanın xalq artisti...