Aygün Natavanla barışmasından danışdı: Hamıya barışıq arzu edirəm (VİDEO)
01
fev
2018
14:31
Xalq artisti Aygün Kazımova 9 ildən sonra küsülülüyə son qoyduğu həmkarı Natavan Həbibi ilə barışıq xəbərinə aydınlıq qətirib. BAKU.WS xəbər verir ki, pop diva sənətçi ilə barışdığını açıq şəkildə etiraf edib. “Çox gözəl atmosferdə səmimi barışıq oldu. Hamıya barışıq arzu edirəm”- söyləyən xalq artisti yayılan söz-söhbətlərə qısa olaraq öz münasibətini bildirib. Kazımova həmçinin ötən həftə ad gününü qapalı keçirməsinin səbəbini də açıqlayıb: “Hər dəfə sənət dostlarım iştirak edib, mediaya açıq olub. Amma bu dəfə belə keçirmək istədim”. Nəzərinizə çatdıraq ki, iki məşhur sima radio aparıcısı Kazım Sübhanın ad günündə barışıblar. Onları sülhə məhz xalq artisti Faiq Ağayev çağırıb. Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Aygünlə barışmasından danışdı: "4 saat əl-ələ tutub söhbət etmişik"
Müğənni Natavan Həbibi 9 il küsülü olduğu xalq artisti Aygün Kazımova ilə barışmasından danışıb.BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, “Xəzər” TV-də y...