Aygünlə barışmasından danışdı: "4 saat əl-ələ tutub söhbət etmişik"
29
yan
2018
13:04
Müğənni Natavan Həbibi 9 il küsülü olduğu xalq artisti Aygün Kazımova ilə barışmasından danışıb.BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişində qonaq olan ifaçı həmkarı ilə münasibətlərinə belə aydınlıq gətirib:“Bu, çox uzun proses idi. Hər saatın öz hökmü və nəticəsi var idi. Bizi heç kim barışdırmadı. Sadəcə olaraq ətrafımızda lazımı insanlar olduğu üçün bir-birimizə düzgün xəbərlər çatır. Ona görə də bir-birimizi artıq eşidirik.Məclisdə bir vəziyyət yarandı. Mənə söz veriləndə mövzunu elə apardım ki, danışmağa başladıq. Sadəcə xalq artisti Faiq Ağayev ikimizin arasında əyləşdiyi üçün qalxıb dedi ki, siz yan-yana oturmalısınız.Biz Aygün Kazımova ilə 4 saat əl-ələ tutub söhbət etmişik. Bağlanmamış məsələlərimiz var idi. O məslələri həll etmədən heç bir yaxınlıq və səmimiyyət ola bilməzdi”.BAKU.WS
Oxşar xəbərlər
Aygün Kazımova ad gününü 2 dəfə qeyd edəcək
26 yanvar tarixində dünyaya göz açan xalq artisti Aygün Kazımova bu il təmtəraqlı mərasim keçirmək istəməyib.BAKU.WS primetime.az-a istitinadən xəbər verir ki,...