Bakıya heyran qalan türk aktrisa: "Sizdən örnək götürməliyik"

Bakıya heyran qalan türk aktrisa: Sizdən örnək götürməliyik
Şou-biznes 2617
Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli sənətçilər Murat Boz və Seda Bakan “Öldür beni, sevgilim” filminin qala gecəsi üçün Bakıya gəlib.BAKU.WS-in məlumatına görə, hər iki məşhur yerli media nümayəndələrinin suallarını cavablandırıblar. Həm Murat, həm də Seda paytaxtımıza heyran olduqlarını gizlətməyiblər. Bakıya ilk dəfə gələn S. Bakan bunları deyib:"Biz sizdən örnək götürməliyik. Qədim binalarınızı qoruyursunuz. Bizdə qədim binaları söküb yerinə yenisi tikiblər. Yenisi isə çox pis görünür. İstanbulda hər yerdə tikinti gedir. Bir tərəfdə böyük-böyük plazalar, bir tərəfdə isə köhnə evlər. Həyat və yollar bir-birinin içinə girib". M. Boz "Mən onsuz da Bakıya heyranam. Burada yolların çox geniş olmasını sevirəm" - deyə, əlavə edib. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Bakıda Murat Boza görə izdiham - FOTOLAR

Bakıda Murat Boza görə izdiham - FOTOLAR

Ötən gün türkiyəli sənətçilər Murat Boz və Seda Bakan “Öldür beni, sevgilim” filminin qala gecəsi üçün Bakıya gəlib.BAKU.WS xəbər verir ki, onlar “Cinemaplus” k...

1404 Şou-biznes 10:46 14 mart 2019

Son xəbərlər