Aygün Kazımovanı "Altın kelebek" mükafatı alması münasibətilə Röyadan sonra Namiq Qaraçuxurlu təbrik edib.

BAKU.WS 
xəbər verir ki, meyxanaçı "ATV maqazin onlarla"ya açıqlamasında etdiyi təbrikdə xalq artistinin adını çəkməyib.


O, özünü jurnalistlərdən sığortalamaq üçün ad çəkmədiyini deyib:


"Bütün uğurlu işləri təbrik etməyə dəyər. Eyni zamanda dediyiniz məsələ də doğrudan qürurvericidir. Təbrik olunası gözəl bir işdir. Sadəcə, ad çəkmirəm ki, saytlar götürür lazımsız şeylər edir. Ona görə o mövzulara girmək istəmirəm. Təbi ki, Azərbaycanın adı yaxşı yerlərdə hallanırsa, bu, bizim fəxrimizdir".


BAKU.WS