SİZİN REKLAM BURADA!
055 213 76 73



Uzun müddətdir onurğa sümüyündə yaranmış problemdən əziyyət çəkən xalq artisti Könül Xasıyeva xəstəxanaya yerləşdirilib.

BAKU.WS
xəbər verir ki, vəziyyəti ağırlaşan xanəndə müalicəsini xəstəxana şəraitində daavam etdirir.

Bu barədə ifaçının özü "5/5" verilişində məlumat verib.

Zaur Kamal canlı efirdə Xasıyeva ilə telefon bağlantısı yaradıb. Müğənninin səhhətindəki problem onun səsində də özünü büruzə verib. O, verilişin qonağı Könül Kərimovanı fəxri ad alması münasibətilə təbrik edərkən çətinlik çəkib.

Zülfiyyə Qurbanova
BAKU.WS