13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Xalq artisti Nazpəri Dostaliyeva bacısı Zeynəb Dostəliyevaya əl tutmamaqda günahlandırıb.

BAKU.WS
-in məlumatına görə, Tarix Əliyevin aparıcısı olduğu Xəzər TV-nin "Hər şey daxil" verilişinin canlı yayımına zəng edən Qənirə adlı tamaşaçı belə düşündüyünü deyib.

O, verilişdə qonaq olan Zeynəb xanıma təriflər yağdırıb. Lakin bacısına kömək etmədiyi üçün Nazpəri xanıma hörməti olmadığını açıqlayıb: 

"İnsan irəli getdikcə öz yaxınının əlindən tutmalıdır. Bir vaxtlar Zeynəb xanımın düşən vaxtları oldu. İnsan simadan da gözəl ola bilər, şanslı və sponsorları da ola bilər. Amma Nazpəri xanıma o zaman bacısının əlindən tutub yuxarı çəksəydi, o zaman ona böyük hörmətim olardı".

Zeynəb Dostəliyeva tamaşaçının bu fikrinə etiraz edərək bildirib ki, onun bacısı ilə heç bir problemi yoxdur: "Mən istəyirəm ki, bu söz-söhbətə nöqtə qoyulsun və bir daha təkrarlanmasın. Qoy xalq da bilsin ki, bizim Nazpəri xanımla heç bir problemim yoxdur".

Zülfiyyə Qurbanova
BAKU.WS