300 tonluq altın yüklü əfsanə qatar tapıldı (FOTO)
İkinci Dünya Müharibəsi zamanı yoxa çıxan qızıl, daş-qaş və silah yüklü əfsanə qatarın yeri təyin olunub.
BAKU.WS-in məlumatına görə, nasistlərə məxsus olduğu iddia edilən altın dolu qatarın Polşanın Valbrziç şəhərində olduğu güman edilir. Polşa mədəniyyət nazirinin müavini Piotr Zuçovski bildirib ki, xüsusi radar cihazlar qatarın içərisində silahların olduğunu işarə edir. Qatarın yerini açıqlamayan Zuçovskinin sözlərinə görə, bu qeyri-adi kəşfin nasist arxivlərinə işıq tutacaq.
Mədəniyyət nazirinin müavini qatarın yeriylə əlaqədar məlumatı ölüm döşəyində olan bir adamın verdiyini söyləyib. Həmin adamın əfsanə qatarın gizlənməsində rolu olduğu güman edilir.
Qeyd edək ki, qatarın 1945-ci ildə Sovet ordusu ilə döyüşlər zamanı itdiyi iddia olunur. Polşa yerli mətbuatı 150 metr uzunluğundakı qatarda 300 ton qızıl olduğunu bildirib.
ŞAHİN Həbibov
BAKU.WS
Polşa mədəniyyət nazirinin müavini Piotr Zuçovski
Oxşar xəbərlər
PKK Azərbaycanın boru xəttini partlatdı (VİDEO)
Qarsın Sarıqamış bölgəsindən keçən Bakı-Tbilisi-Ərzurum boru xəttində yenidən partlayış baş verib. BAKU.WS-in məlumatına görə, təxribat ehtimalı olduğu güman e...