PKK Azərbaycanın boru xəttini partlatdı (VİDEO)

PKK Azərbaycanın boru xəttini partlatdı (VİDEO)
Video
Hadisə 1342

Qarsın Sarıqamış bölgəsindən keçən Bakı-Tbilisi-Ərzurum boru xəttində yenidən partlayış baş verib.

BAKU.WS-in məlumatına görə, təxribat ehtimalı olduğu güman edilən partlayışdan sonra yanğın böyüyüb və alovlar kilometrlərlə uzaqlıqdan müşahidə edilib.

"Şahdəniz" qazının daşındığı boru xəttində partlayış Bakı vaxtı ilə saat gecə 23.50-də baş verib. Partlayışın dəqiq səbəbləri hələlik bilinmir. Hadisədən sonra çıxan yanğının alovları 100 metrə qədər yüksəlib.

Sarıqamış səlahiyyətliləri 2 il əvvəl də eyni yerdə olan partlayış olduğunu xatırladıb və bunun təxribat olduğunu iddia ediblər. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alovların ətrafa sıçramasının qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə ilə əlaqədar araşdırma başlayıb. 

 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda məktəb yandı

Azərbaycanda məktəb yandı

Lənkəran rayonu, Viyən kəndində yanğın hadisəsi baş verib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, yanğın hadisəsi rayon mərk...

3 Hadisə 10:21 24 avqust 2015

Son xəbərlər