VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
ANS-nin keçmiş siması Umka Hacıyeva yeni kanalda işə başlayacaq.

BAKU.WS "Qafqazinfo” -ya istinadən xəbər verir ki, teleaparıcı ARB TV –yə işə düzəlib və  yeni mövsümdə tamaşaçı qarşısına çıxacaq. 

Verilişin adı və başlama tarixi hələlik məlum deyil.  Ancaq Umka instaqramda yayılan xəbəri təsdiqləyən foto paylaşıb.

O, kanalın binasının qarşısında çəkilən şəklini izləyiciləri ilə bölüşüb. 

Xatırladaq ki, ANS TV-nin bir çox simaları ARB TV-də çalışmağa başlayıb. Onlardan Ulvira Qarayeva, Elgiz Əkbər və başqalarını misal çəkmək olar. 

BAKU.WS