Azərbaycanda bağlanan verilişin komandası göz yaşına boğuldu (VİDEO)
ARB TV-də yayımlanan "Ferma” realiti şousu birdəfəlik bağlanıb. İştirakçılar fermadan göz yaşları içində ayrılıblar.
BAKU.WS xəbər verir ki, ötən gün verilişin son-vida buraxılışı yayımlanıb. Aparıcı Ulvira Qarayeva iştirakçılara əşyalarını toplamaq üçün yarım saat vaxt verib. Onlar göz yaşları içində əşyalarını toplayaraq fermanı tərk ediblər.
Ulvira Qarayeva bildirib ki, bu zarafat deyil və "Ferma 2" yayımını dayandırır.
Bu barədə qafqazinfo-ya aparıcı Yeganə Cansail də danışıb.""Ferma” bağlandı. Bilirəm, sevinənlər çoxdur. Gözlərinin içinə baxanda hiss edirəm. Amma ilk uzunmüddətli aparıcısı olduğumu veriliş idi. 3 il əvvəl... Bu qədər tamaşaçı topladıq, bu qədər sevgi...Sizin gözlərinizin içindəki o paxıllıq dolu sevinc bizim tamaşaçıların ürəyinə qurban olsun”.
Xatırladaq ki, qalmaqallı verilişdə iştirakçılar arasında böyük mübahisələr baş vermiş, "Ferma” MTRŞ tərəfindən xəbərdarlıq olunmuşdu.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
"Ferma" verilişinin bağlanması xəbəri ilə bağlı açıqlama (VİDEO)
ARB TV-nin media departamentinin rəsmisi Toğrul Cəfər "Ferma" verilişinin bağlanması xəbəri ilə bağlı açıqlama verib BAKU.WS həmin açıqlamanı təqdim edir: "F...