Daha bir ANS-çi ARB-yə getdi

04
apr
2017
16:35
ANS-nin keçmiş siması Umka Hacıyeva yeni kanalda işə başlayacaq.
BAKU.WS "Qafqazinfo” -ya istinadən xəbər verir ki, teleaparıcı ARB TV –yə işə düzəlib və yeni mövsümdə tamaşaçı qarşısına çıxacaq.
Verilişin adı və başlama tarixi hələlik məlum deyil. Ancaq Umka instaqramda yayılan xəbəri təsdiqləyən foto paylaşıb.
O, kanalın binasının qarşısında çəkilən şəklini izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, ANS TV-nin bir çox simaları ARB TV-də çalışmağa başlayıb. Onlardan Ulvira Qarayeva, Elgiz Əkbər və başqalarını misal çəkmək olar.
BAKU.WS

Oxşar xəbərlər
ANS-in məşhur siması Elgiz yeni kanalda
Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcısı Elgiz Əkbərin yeni iş yeri bəlli olub. Ölkə.Az-ın məlumatına görə, aparıcı bundan sonra ARB telekan...
