"Coldplay" tarixə keçdi
18
avq
2024
15:00
Britaniyanın "Coldplay" qrupunun turu rok musiqisi tarixində ən gəlirli tur olub.
Bu barədə Billboard məlumat yayıb.
"The Music of Spheres" turu 2022-ci ilin martında başlayıb və qrupa 945,7 milyon dollar qazandırıb. Sənətçilərin pərəstişkarları Şimali və Cənubi Amerika, Avropa və Asiyadakı konsertlərə təxminən 8,8 milyon bilet alıblar.
"Coldplay" qrupunun turu Elton Conun vida turundan daha gəlirli olub. Elton bu səfərlərdən 939,1 milyon dollar qazanmışdı.//axşam.az
Oxşar xəbərlər
Ən çox qazanan Türk müğənniləri açıqlandı - SİYAHI
“Forbes”in apardığı araşdırma nəticəsində türk sənətçilərin ölkə daxilində və xaricdə verdikləri konsertlər nəticəsində əldə etdikləri gəlirlər müəyyən edilib....