Müğənni ona at hədiyyə edən ərinə ad günündə son model avtomobil bağışladı - FOTO

Müğənni ona at hədiyyə edən ərinə ad günündə son model avtomobil bağışladı - FOTO
Foto
Şou-biznes 454

Məşhur türkiyəli müğənni Ece Seçkin pilot əri Çağrı Terlemeze aldığı hədiyyə ilə adından söz etdirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağrı Terlemez ötən aylardan birində doğum günü üçün Ece Seçkinə 2 at almışdı. Bu dəfə isə Ece həyat yoldaşına ad günündə 2024 model Mercedes markalı avtomobil hədiyyə edib.

"Səni sevməkdən heç vaxt əl çəkməyəcəyəm... Ad günün mübarək, ömrümün baharı, gəncliyim, gələcəyim, sevgilim, əzizim... Nə yaxşı ki sən mənim oldun... Tək bu yaş deyil, hər yaşın bir-birindən gözəl olsun. Səni sevməkdən, səni gözləməkdən və sənin üçün yaşamaqdan heç vaxt əl çəkməyəcəyəm", - deyə Ece həyat yoldaşının ad gününü instaqram hesabında qeyd edərkən bildirib.

Oxşar xəbərlər

Son xəbərlər