SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində mərhum sənətçi Cavanşir Məmmədovla bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib.

Aparıcı xəstəxanada olduqları müddət ərzində biri-birinə halallıq verdiklərini bildirib:

"Üç gün sonra zəng eləmişdi, soruşdu ki, vəziyyət necədir? Dedim, çox pisəm, nəfəs ala bilmirəm. Cavab verdi ki, "Mən də o vəziyyətdəyəm, gəl, halallaşaq". Soruşdum ki, sizə nə böyük yaxşılığım dəyib ki, halallaşaq? Siz mənə halallıq verin ki, toyumda 25 nəfərlik ansamblla iştirak etmişdiniz, bir qəpik də məndən pul almadınız, hələ toyuma pul da yazdırdınız. Mən sizdən halallıq istəyirəm. Dedi ki, "Nə danışırsan? 20 ildir televiziyadasan, həmişə məni verilişlərinə dəvət etmisən. Sağ qalsaq, bunu qeyd edərik". Allahın bizə yazığı gəldi, sağ qaldıq. Amma bu gün Cavanşir müəllimi itirdik, demək ki, iki il ömrü qalıbmış".

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib.

BAKU.WS
VİDEO