SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən il özündən 49 yaş böyük olan siyasətçi ilə mübahisəli şəkildə evlənən gözəllik kraliçası nifrət dolu şərhlərə cavab verib.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Braziliyanın Parana əyalətinin Araukariya şəhərinin keçmiş meri Hissam Hüseyn Dehaini 2023-cü ilin aprelində 65 yaşında olarkən qalmaqallı qərar verdi və 16 yaşlı orta məktəb şagirdi Kauan Rode Kamarqo adlı gənc qızla evləndi.

O zaman İngiltərə mətbuatında çıxan xəbərdə Kamarqonun evlənmədən əvvəl 16 yaşı olduğu xatırladılmış və gənc qızın "Biz xoşbəxtik, o, mənə yaxşı davranır, mən də onunla yaxşı davranıram. Biz heç kimə zərər vermirik", - deyə açıqlama verdiyi bildirilimişdi.

Bir neçə ay sonra Hüseyn və Kamarqo Karib dənizində bal ayına gediblər. Gənc qız tətildə çəkdirdikləri fotoları da sosial media hesabında paylaşıb. Bir fotoda çimərlikdə oturarkən görüntülənən cütlük digər fotoda bir-birini öpərkən kameralara tuş gəlib.

Ancaq gənc qızın məktəbə başlaması səbəbindən tətilləri erkən bitdi.

Hazırda 66 yaşlı siyasətçi ilə evli olan 17 yaşlı gözəllik kraliçası nifrət şərhlərə cavab verib.

Cütlük son bir il ərzində saysız-hesabsız xəbər başlıqlarının mövzusu olub.

Şərhlər gənc qızı sosial mediada bir illik yubileylərində ərinin və onun adlarının daxil olduğu xəbərlərin nəticələrinin skrinşotunu paylaşıb.

Qeyd edək ki, gənc qız 2022-ci ildə "Miss Araucaria" gözəllik yarışmasına qatılıb və ikinci olub.

"Girls not Brides" adlı qeyri-hökumət təşkilatının məlumatına görə, Braziliyada 2,2 milyondan çox azyaşlı uşaq evlənir.

BAKU.WS