SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya şöhrətli ulduz Cennifer Lopez 150 min dollarlıq çanta ilə ictimaiyyət qarşısına çıxıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb.

Belə ki, 54 yaşlı Lopez Nyu-Yorkda görüntülənib.

Aktrisa bej rəngli kombinezon, orta uzunluqlu xəz palto və krem ​​daban ayaqqabı geyinib.

Məşhur sima geyimini qara gün eynəyi, dəri əlcək, sırğalar və çanta ilə tamamlayıb.

Nəşrin məlumatına görə, timsah dərisindən hazırlanmış çantanın qiyməti təxminən 150 min dollardır.

BAKU.WS