SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud aktyoru Bred Pitt sevgilisi ilə iştirak etdiyi sərgidə keçmiş həyat yoldaşı, aktrisa Ancelina Colinin atası və qardaşı ilə qarşılaşıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "The Sun" nəşri mənbəyə istinadən məlumat yayıb.

Bred Pitt və sevgilisi İnes de Ramon, Ancelina Colinin atası Con Voiht və qardaşı Ceyms Xeyvenin də olduğu Larri Qaqosianın müasir incəsənət qalereyasını ziyarət ediblər.

Mənbə bildirir ki, Ceyms (Ancelina Colinin qardaşı) mehriban idi və Bredi tanıyıb, lakin onların danışdıqları görülməyib.

Onlar əsasən tədbir boyu kənarda qalıblar, dostları ilə söhbət ediblər.

"The Sun" bildirir ki, Bred Pitt sərgidə keçmiş həyat yoldaşının ailə üzvlərinin iştirak edəcəyini bilmirdi.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2014-cü ilin avqust ayında ailə qurublar. Pitt və Coli 2016-cı ildə təyyarədəki qızğın mübahisədən sonra ayrıldıqlarını elan ediblər. 

 Coli və Pitt altı uşağa sahibdirlər. Onlardan üçü övladlığa götürülüb.

BAKU.WS