Koray Avcının bu görüntüləri yenidən gündəm oldu - FOTO

Koray Avcının bu görüntüləri yenidən gündəm oldu - FOTO
Foto
Şou-biznes 1

Məşhur teleaparıcı və TV-8 kanalının sahibi Acun Ilıcalının prodüseri olduğu "Yetenek Sizsiniz Türkiye" yarışmasına qatılan bir çox şəxs məşhurlaşıb. Onlardan biri də məşhur ifaçı Koray Avcı olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, küçədə oxuduğu akustik ifalarını yutubda yayımlayaraq məşhurlaşan Koray Avcı 2010-cu ildə Muğlada universitet həyatına davam edərkən Acun Ilıcalı, Hülya Avşar və Ali Taranın jüri kürsüsündə olduğu yarışmaya qatılıb.

Yarışmaya "beatboks" (musiqi alətlərindən istifadə etmədən musiqi hazırlamaq) istedadı ilə qatılan və məşhur müğənni Volkan Konakı təqlid etməsi ilə diqqət çəkməyi bacaran Koray Avcı dostu Osman Arslanla ikinci tura yüksəlmişdi.

34 yaşlı müğənninin görüntüləri 14 ildən sonra yenidən sosial mediada müzakirə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər