Hülya Avşar Almaniyada küçədə "Mavi-mavi" oxuyub, pul yığdı - VİDEO

Hülya Avşar Almaniyada küçədə Mavi-mavi oxuyub, pul yığdı - VİDEO
Video
Şou-biznes 501

Türkiyəli müğəni Hülya Avşar yeni görüntüləri ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Almaniyaya istirahətə yollanan sənətçi yeni videosu ilə xeyli marağa səbəb olub.

Belə ki, hazırda Beremen şəhərində olan ifaçı küçədə musiqiçilərlə birlikdə mahnı oxuyub. Ətrafa xeyli insanın toplaşdığını görən Hülya onlardan pul yığmağa başlayıb. Alman vətəndaşları ilə yanaşı tursitlərin də olduğu mərkəzi küçədə bəziləri Hülya Avşarı tanıyıblar.

Onlar foto çəkdirmək üçün ifaçıya yaxınlaşıblar.

Avşar "Mavi-mavi" mahnısını həm oxuyub, həm də oynayıb. Daha sonra o, topladığı məbləği musiqiçilərə verərək həmin ərazidən uzaqlaşıb.

BAKU.WS məşhur müğənninin həmin əyləncə dolu anlarını təqdim edir:

Son xəbərlər