Acun Ilıcalı başmaq fabriki açdı: İşçilərinin 80 faizini qadınlar təşkil edəcək - FOTO
Türkiyənin TV-8 kanalının sahibi, aparıcı Acun Ilıcalı iş adamı Fatih Mələklə birlikdə doğulduğu Ərzurum rayonunda başmaq fabriki açıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, fabrikdə 500 nəfər insan çalışacaq və işçilərin 80%-ni qadınlar təşkil edəcək.
Məlumata görə, 15.000 m2 sahəsi olan fabrikin açılışı üçün böyük mərasim keçirilib.
Avropanın ən böyük başmaq istehsalçılarından birinə çevrilmiş brendin Ərzurumun Ilıca rayonunda yerləşən fabriki illik 12 milyonluq yüksək istehsal gücü ilə bölgədə qadınların məşğulluğuna töhfə verməklə həm daxili, həm də xarici bazarda böyük marağa səbəb olub.
Fabrikin açılışına Acun Ilıcalı, Ərzurum valisi Mustafa Çiftçi, Ərzurum Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Sekmen və firma sahibi Fatih Mələk iştirak edib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...