VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nicat barəsində ailəsindən başqa heç kim məlumat verə bilməz".

BAKU.WS bildirir ki, bunu News24.az-a açıqlamasında "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin dostu Ramil Həsənov deyib.

Onun sözlərinə görə, Nicatın ailəsi mətbuatda barəsində xəbərlər yazılmasını istəmir:

"Bu barədə ailəsindən başqası məlumat verə bilməz. Bizə də deyilib ki, bu barədə danışmayaq. Səhhəti və fəaliyyəti barədə ancaq ailəsi məlumat verə bilər. Ailəsi də, özü də mətbuatda haqqında xəbər yazılmasını istəmir".

Xatırladaq ki, 3 ay öncə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli avtomobil qəzası keçirib və qolu amputasiya olunub.

BAKU.WS