Azərbaycanlı bloger Hüseyn Həsənov Bakıda fanatları ilə görüşəcək - FOTO/VİDEO

Məşhur azərbaycanlı bloger Hüseyn Həsənov bir neçə gün əvvəl Bakıya gəlib.
BAKU.WS xəbər verir ki, paytaxtı qarış-qarış gəzən bloger həmin görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Hüseyn Bakıda yerləşən və dünyanın modern memarlıq abidələrinin incilərindən olan Heydər Əliyev Mərkəzində olub. Bloger orada lentə alınan video və şəkillərini yayımlayıb.
Fotolarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da yer alıb.
Hüseyn paytaxtın ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğu olan İçərişəhərdə də olub.
Həsənov yaxın günlərdə azərbaycanlı fanatları ilə görüşəcək. Blogerin məqsədi azərbaycanlıların öz soydaşını necə təmtəraqla qarşıladığını bütün dünyaya göstərməkdir.
Qeyd edək ki, bloger sonuncu dəfə atasına “Land Rover” markalı avtomobil hədiyyə etməsi ilə gündəmə gəlib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...
