Bloger Nicat Mütəllimov ata oldu

02
iyl
2021
10:16
“Nikosayağı” niki ilə tanınan bloger Nicat Mütəllimov ata olub.
BAKU.WS xəbər verir ki, ötən gün Nicatın oğul övladı dünyaya gəlib. Bu haqda bloger “Instagram” hesabında məlumat verib.
O, “Bildiyiniz kimi, mən qapalı insanam. Bir çoxları elə bilirdi ki, həyat yoldaşımdan ayrılmışam. Belə deyil. Hər şey, çox şükür, əladır. Bu da sübutu... Allah olmayanlara qismət etsin”, - şərhini yazaraq yeni doğulan oğlunun görüntülərini də yayımlayıb.
Nicat dünyaya gələn övladına Amir adını verib.
Qeyd edək ki, Nicat Mütəllimov 2017-ci ildə Heyran adlı xanımla ailə qurub.
Oxşar xəbərlər
Afaq Gəncəli "Ailəli qadın bunu edə bilməz..." (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi tanınmış aparıcı Afaq Gəncəlidir. - Müsahibəyə sizin ənənəvi sualınızla başlmaq istərdim. Təqdimata ehtiyac var?- Əlbəttə var. Gənc...
