2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI
Foto
Şou-biznes 118

"Variety" jurnalı 2025-ci ilin ən pis filmlərinin adlarını açıqlayıb. Siyahı tənqidçilər Piter Debryuc və ouen Qlibermanın rəylərinə əsasən hazırlanıb. Onlar bu ekran işlərini tənqid etsələr də, bunu Hollivudun film dünyasının bir parçası olduğunu vurğulayıblar.

BAKU.WS sözügedən siyahıya əsasən 2025-ci ilin ən pis filmlərinin adlarını təqdim edir:

"The Life of Chuck" filmi

Amerikalı rejissor Mayk Flanaqan imzalı "The Life of Chuck" filmində Tom Hiddleston, Mark Hemill və Çiyuetel Eyofor kimi məşhur simalar çəkiliblər. Film Çarlz Krantz adlı şəxsin həyat hekayəsindən bəhs edir.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"The Electric State" filmi

Russo Qardaşlarının çəkdiyi elmi-fantastik filmdə baş rolları Milli Bobbi Braun və Kris Prett paylaşırlar. Ekran əsəri isveçli yazıçı Saymon Steylenhaqın eyniadlı əsəri əsasında ekranlaşdırılıb.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"War of the Worlds" filmi

Filmdə baş rolda amerikalı müğənni Ays Kub yer alır. Layihədə həmçinin Eva Lonqoria, Klark Qreqq və Andrea Saviç kimi aktyorlar da çəkiliblər. 2020-ci ildə ekranlara gələn və uzun müddət tamaşaçı rəğbəti görməyən film "Rotten Tomatoes" saytında 0 xal alıb.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"The actor" filmi

"Memory" adlı romanı əsasında çəkilən və Duk Consonun rejissorluq etdiyi filmdə, yaddaşını itirən aktyorun yaşadıqlarından bəhs edilir.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"Presence" filmi

Stiven Soderberqin triller janrlı ekran əsəri, şəhər kənarındakı evə köçən ailənin, orada çoxdan məskunlaşmış sirli bir varlıqla üzləşməsindən bəhs edir. Senarisi Devid Koepp tərəfindən yazılan filmin aktyor heyətində Lusi Liu, Culia Fox, Kris Sullivan və Eddy Maday kimi aktyorlar yer alıb.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"Anemone" filmi

Deniel Dey-Liyusun oğlu Ronan Dey-Liyusun rejissoru olduğu filmdə, atalar, oğullar və qardaşlar arasındakı ailə bağları, şəxsi taleləri və nəsillərarası qarşıdurmalar ekranlaşdırılıb.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"Hurry up tomorrow" filmi

Ze Uikend, Cenna Orteqa və Berri Keoqhanın baş rollarda çəkildiyi, film yuxusuzluqdan əziyyət çəkən bir musiqiçinin sirli bir yad adamla səfərə çıxmasını və sonrasında baş verən hadisələri nəql edir.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"The Testament of Ann Lee" filmi

Burada Ann Liinin həyat hekayəsindən bəhs edilib. Ekran işində onun İngiltərədən Amerikaya qədər uzanan səyahəti və insanların həyatlarını necə dəyişdirdiyindən bəhs edilir. Real hadisələrə əsaslanan filmdə Liuz Pullmen və Tim Bleyk Nelson rol alıblar.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"Five Nights at Freddy"s" filmi

Məşhur video oyun və kitab seriyası əsasında çəkilən filmdə baş rolları Coş Hatçerson, Elizabet Leil və Metyu Lillard paylaşırlar. Film, pizza restoranında yaşanan dəhşətli hadisədən bir il sonra baş verən daha da qorxunc hadisələrdən bəhs edir.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

"Eden" filmi

Sidni Svini, Ana de Armas və Cud Lounun baş rollarda çəkildiyi "Eden" filmi Ron Houardın rejissorluğu ilə ərsəyə gəlib. Sujet xətti kimsəsiz bir adada öz icmalarını qurmağa çalışan bir qrup insanın həyat hekayəsindən bəhs edir.

2025-ci ilin ən pis filmləri açıqlandı - SİYAHI

Son xəbərlər