Bakıda küçənin ortasında xanım aparıcını oğlunun yanında döydülər
10
mar
2018
11:42
Aparıcı Sevinc Camalova oğlunun yanında bir kişi tərəfindən küçənin ortasında döyülüb. BAKU.WS-in məlumatına görə, S.Camalova bu barədə sosial şəbəkədə məlumat yayıb. Aparıcının yazdığına görə, hadisənin səbəbi maşınını hansısa bir küçədə saxlaması olub. "Günorta Muradı bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı, küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam", - deyə Sevinc Camalova qeyd edib.S.Camalova hadisənin Nərimanov rayonunda baş verdiyini bildirib. Qeyd edək ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.İmanBAKU.WS
Oxşar xəbərlər
Zaurdan Günaya sürpriz: yolun ortasında rəqs etdi (VİDEO)
Tanınmış aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günaya 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə sürpriz edib. BAKU.WS xəbər verir ki, aparıcı xanımı ilə İç...