"Sevgililər günü"ndə sevgilisini küçədə döydü, boğmağa çalışdı (VİDEO)
15
fev
2018
11:00
Türkiyənin Adana şəhərində "Sevgililər günü"ndə maraqlı hadisə baş verib. BAKU.WS-in məlumatına görə, 30 yaşındakı şəxs qızın boğazını sıxaraq dava edib. Küçənin ortasında sevdiyi xanımı döyən gənc ətrafdan keçənlərin diqqətini çəkib. Yoldan keçənlər davaya müdaxilə etmək istəyib. Ancaq gənc oğlan qızla nişanlı olduğunu və problem olmadığını bildirib. Gənc qızı divara sıxışdıran oğlan onu boğmağa çalışıb. Gənc qız isə uzun müddət qəzəbli sevgilisindən xilas olmağa çalışıb. Nişanlısı olduğunu iddia edən qızdan ayrılmaq istəməyən şəxsi polis saxlayıb. Hadisə yerinə gələn polis əməkdaşları gənc qızı oğlanın əlindən xilas edib. Sevgililərin bir-birini şikayət etməməsindən sonra polis hadisə yerindən uzaqlaşıb. Hadisənin görüntülərini təqdim edirik: NazimBAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda oğlan gənc qızı saçından tutub sürüdü və...
Bakı metrosunun Elmlər Akademiyası stansiyasında insident yaşanıb.Gənc oğlan bir qızı döyüb. O, qızın saçından tutaraq yerə yıxıb və onun başına zərbələr endirm...