SİZİN REKLAM BURADA!
055 213 76 73



Hər birimiz Bakının mərkəzi küçələrində küçə musiqiçiləri ilə rastlaşmışıq. 
 
BAKU.WS xəbər verir ki, Azərbaycanda bu sahə kifayət qədər inkişaf etməsə də, Avropada və Amerikada, xüsusən də Latın Amerikası ölkələrində müstəqil bir sahə kimi artıq tam təşəkkül tapıb. 

Təsadüfi deyil ki, musiqi sahəsində dünyanın bir çox tanınmış sənətkarları məhz küçədən böyük səhnəyə gəliblər. Hətta dünyanın küçə sənətçilərini birləşdirən "Dünyanın Küçə Sənətçiləri” ("World Street Music”) adlı layihə də var. 

Ölkəmizdə isə bu sahədəki vəziyyət fərqlidir. Xüsusilə küçədə pul yığmaq məqsədilə musiqi ifa edən gənclər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəziləri onları dilənçi, avara adlandırır. Bəziləri isə bu insanların küçədə musiqi ifa etməsinə mane olurlar. Ceyhunla Sarvan da küçə musiqiçiləridir. Ceyhun idman müəllimidir. Lakin müəllim kimi aldığı əməkhaqqı ona ailəsini dolandırmağa bəs etmir. Çünki onun iki övladı var.

Sarvan isə gitara müəllimidir. Gənc gitara çalmaq üçün ona müraciət edənlərə 20-30 manat müqabilində bu musiqi alətində çalmağı öyrədir. Hər iki gənc kifayət qədər istedadlıdır. Hazırda onlar işsizdirlər, küçə musiqiçiliyindən də çox cüzi gəlir qazanırlar. Musiqiçilər BAKU.WS vasitəsilə imkanlı şəxslərə müraciət edib, onlara yardım etməklərini istəyirlər. O mənada ki, gənclərə müəyyən məkanlarda və ya tədbirlərdə çıxış etmək imkanı yaradılsın. Ceyhun deyir ki, belə demək mümkünsə, onlara qapı açarlarsa, o adamların etimadını mütləq doğruldacaq.
 
Bu istedadlı gənclərə yardım etmək istəyənlər, aşağıdakı mobil nömrələrə zəng edib, iş təkliflərini edə bilərlər.

Ceyhun (055 526 00 62) 
Sarvan (050 653 07 92)
 
Bizə isə hər iki gəncə uğur arzulayırıq.
 
Aysel.Ş
BAKU.WS