"Eurovision"da ayağı yerdən üzülən Səmra nə qazandı?
"Eurovision-2016" musiqi yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimlinin geyimi həmyerlilərimiz arasında böyük səs-küyə səbəb olub.
BAKU.WS-in məlumatına görə, ifası ilə Avropanın diqqətini cəlb etməsə də, Səmranın geyimi və davranışları çoxlarının yaddaşında iz saldı. Xüsusilə, azərbaycanlılar təmsilçimizin geyimini kəskin şəkildə tənqid edir.
Ölkəmizdə böyük marağa səbəb olan bu hadisə sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəziləri Səmranın geyiminin milli adət ən-ənələrimizə uyğun olmadığını, ölkəmizi düzgün təmsil etmədiyini yazır. Hətta ermənilərin Səmranın iştirakçılardan birinin qucağında çəkilən son şəkillərini Azərbaycana əks təbliğat kimi istifadə etdiyini deyənlər də var.
Ancaq təmsilçimizə dəstək olanlar da az deyil. Səmraya dəstək verənlər ölkəmizin müasirliyə olan münasibətini gənc qızın timsalında bütün Avropaya göstərdiyimizi yazır. Avropada İslam ölkəsi kimi qəbul edilən Azərbaycan üçün bu cür müasirliyə ehtiyac var idi? Yaxud ifrat müasirliyin höküm sürdüyü Avropada biz nəyi sübut edirdik?
Bu suallara ən düzgün cavabı isə yəqinki ictimaiət verəcək.
BAKU.WS
Oxşar xəbərlər
Səmra Rəhimli: "Geyimimdə heç bir qüsur görmürəm” (VİDEO)
"Eurovision-2016" musiqi yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimli Vətənə qayıdıb. APA-nın məlumatına görə, onu Heydər Əliyev adına Hava Limanında pər...