Öz hesablarına kanalizasiya xətti çəkdirdilər: Sakinləri təngə gətirən məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 2-ci döngədə asfalt örtüyünün olmaması sakinlər üçün ciddi problem yaradır.
Sakinlərin sözlərinə görə, bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə və aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər. Onlara küçənin siyahıya alınması prosesinin yekunlaşmaq üzrə olduğu və yaxın zamanda asfaltlanacağı bildirilib.
Sakinlər qeyd edirlər ki, küçədə kanalizasiya xəttini də öz hesablarına çəkdiriblər. Lakin yağıntılı havalarda bu sistem suyu tam çəkə bilmir və ərazidə böyük su gölməçələri yaranır.
Bundan başqa, yaxınlıqdakı su xəttində yaranan nasazlıq səbəbindən içməli suyun da küçəyə axdığı bildirilir.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...