Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı AÇIQLANIB

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı AÇIQLANIB
Sosial 28

2025-ci ildə Azərbaycanda rəsmi nikahı olmayan qadınlar tərəfindən 11 min 626 uşaq dünyaya gətirilib.

BAKU.WS xəbər verir ki, Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən, bu uşaqların 4 999-u şəhər, 7 027-si isə kənd yerlərində doğulub.

Nikahdankənar doğulan uşaqların 8 499-u 15-29 yaş aralığında olan qadınların payına düşüb. Bakı şəhərində isə ötən il belə doğumların sayı 1 258 olub.

Statistikaya görə, son illərdə nikahdankənar doğumların sayında azalma müşahidə edilir. Belə ki, 2024-cü ildə 13 min 228, 2023-cü ildə 15 min 622, 2022-ci ildə isə 18 min 814 nikahdankənar doğum qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər