Bəh-bəhlə yediyimiz dönər, əslində, necə hazırlanmalıdır? "İstəmirəm, almıram!"
Küçədə, restoranlarda, hətta gecə saatlarında belə ən çox istifadə olunan fastfud məhsullarından biri dönərdir. Son günlər sosial şəbəkələrdə dönərin hazırlanması və satışı ilə bağlı müxtəlif məlumatlar yayılıb.
İddialara görə, hazır dönərin istehlakçıya təqdim edilərkən temperaturu 65 dərəcədən aşağı olmamalı, hazırlandıqdan sonra ən gec bir saat ərzində istehlak edilməlidir. Mayonez, ketçup və digər sousların isə 4 dərəcədə saxlanılması tələb olunur.
Bəs dönər satışı ilə məşğul olan obyektlər bu tələblərə necə əməl edirlər?
Obyektlərdən birinin əməkdaşı bildirib ki, dönər onlara hazır şəkildə və sertifikatla göndərilir. Mayonez və ketçup soyuducuda 4-6 dərəcədə saxlanılır, dönərin isə 60-65 dərəcədə bişirildiyi qeyd olunur.
İstehlakçılar isə dönər alarkən əsasən məhsulun görünüşünə, ətin və tərəvəzlərin vəziyyətinə, eləcə də hazırlanma şəraitinə diqqət etdiklərini bildirirlər.
Qeyd edək ki, dönərin emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə 2024-cü ildə təsdiq edilib.
Oxşar xəbərlər
Bakıda köhnə avtobusların sayı nə qədərdir? - RƏSMİ CAVAB
Bakının nəqliyyat sistemində avtobuslar şəhər sakinlərinin gündəlik gediş-gəlişində mühüm rol oynayır. Minlərlə insan işə, təhsil müəssisələrinə və digər ünvanl...