19 ildən sonra eyni serialda çəkiləcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivudun iki möhtəşəm aktyoru illər sonra eyni layihədə çəkiləcək.
BAKU.WS xəbər verir ki, Kianu Rivzlə Sandra Bullok 19 ildən sonra eyni serialda rol alacaqlar.
Çəkilişlərə hazırlıq prosesi davam edir. Serialın adı isə hələlik açıqlanmayıb. Yeni layihənin senari müəllifi Noah Oppenheimdir. Serialla bağlı bəzi detallar hələlik gizli saxlanılır.
Bundan əvvəl ikili "Speed" və "The Lake House" kimi ekran işlərində birgə çəkilib.
Kianu "John Wick: Chapter 4" də, Sandra isə "The Lost City", "The Unforgivable" və "Bird Box" kimi ekran işlərində rol alıb.
Oxşar xəbərlər
Natiq Şirinovun üçüncü nəvəsi oldu
Xalq artisti Natiq Şirinovun üçüncü nəvəsi dünyaya gəlib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, nağara ifaçısının qızı Sevilin oğlu doğulub. Körpəyə Sai...