"Xəzər" telekanalında yayımlanan "Evdəkilərə salam” verilişinin növbəti qonağı xalq artisti Nazpəri Dostəliyeva olub. 

Axşam.az-ın məlumatına görə, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi proqramın çəkilişi müğənninin bağ evində baş tutub. 

N.Dostəliyeva ilk dəfə yeni doğulan qız nəvəsinin üzünü göstərib. Göz yaşlarını saxlaya bilməyən müğənni efir üçün çox darıxdığını deyib. 

Bacısı Zeynəb Dostəliyeva aralarında baş verən narazılıqlardan danışıb:

"Dilimi saxlaya bilməyib, hərdən atmaca atmışam. Amma aramız yaxşıdır”.

N.Dostəliyeva ailəsinə çox bağlı olduğunu söyləyib. 
 
BAKU.WS