SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Müğənni Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu şoumen Kamran Həsənliyə açılmış cinayət işindən danışıb.

BAKU.WS bildirir ki, Ruslan Əhmədoğlu teleqraf.com-a açıqlamasında Kamran Həsənlini rəhbər şəxslərin müdafiə etdiyini və istintaqa mane olduqlarını deyib: "Bilmirik, Kamran Həsənlinin, yoxsa himayədarlarının arxasınca düşək. Samir Piriyev çıxılmaz vəziyyətdə qalıb və Kamrana himayədarlıq edən rəhbər şəxslərin adını açıqlamaq istəyir. 

Əvvəl Kamran Həsənlini bir neçə şəxs müdafiə edirdi. İndi Allah onların başını elə qatıb ki, öz problemləri özlərinə bəsdir. Amma  hazırda bir neçə şəxs  istintaqın  gedişinə mane olur".

Kamran Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
 
BAKU.WS