SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. 

BAKU.WS xəbər verir ki, sənətçinin yeni fotolarını azərbaycanlı stilist Rəşad Əliyev paylaşıb. 

Rəşad paylaşıma Xanlarova haqqında xoş sözlər də əlavə edib:

"İnsan sevdiklərini vəsf edə bilmir: ancaq dünən, bu gün və sabah da tarixin əfsanəsini necə vəsf etməyim? SSR-i Xalq artisti, dünya şöhrətli, dünyanın Zeynəbi. Dünya da Zeynəbi çox sevir, bu, gerçəkdir. Uşaqlığımı onunla xatırlayıram. Gəncliyimin, bu günümün yeganə real varlığıdır. Düşünürəm ki, o, həyatımda olmasa, mən də yalan olaram. Allah sizə cansağlığı versin. Uzun müddətdən sonra canlı əfsanə Zeynəb Xanlarovanın yeni rəsmi..."

Xanlarovanın yayılan görüntüləri xeyli müzakirələr yaradıb. 

Xatırladaq ki, Xalq artistinin fotolarını sonuncu dəfə qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova yaymışdı. 

BAKU.WS
QALEREYA