SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün məşhur müğənni Özcan Denizin Bakıda çoxdandır gözlənilən konserti baş tutub.

BAKU.WS xəbər verir ki, Bakı Konqres Mərkəzində sevənləri qarşısında çıxış edən Özcan onlara unudulmaz gecə yaşadıb.

Saytımızın konsertdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, musiqili gecədə Özcan maraqlı açıqlamaları ilə diqqət çəkib. Belə ki, zalda əyləşən tamaşaçılardan biri ifaçıya kiçik bağlamada hədiyyə verib.

Bu zaman Özcan illər əvvəl Bakı konsertində ona sevənləri tərəfindən çoxlu uşaq paltarı bağışlanıldığını deyib. Sənətçi həmin geyimləri oğlu Kuzey doğulan zaman ona geyindirdiyini bildirib:

"İllər əvvəl Bakıda konsertim oldu. O vaxtlar övladım yox idi, ata deyildim. Həmin konsertdə mənə uşaq geyimləri verdiniz. Təxminən 10 il əvvəl olardı. Həmin vaxt mən o libasları Türkiyəyə apardım. Sonra öz-özümə "Bu qədər uşaq əşyalarını neynəyəcəm?" dedim. Onların içində oğlan uşağına aid köynəklər, ayaqqabılar və başqa geyimlər var idi, onları saxladım. İllər ötdü. Sonra oğlum Kuzey dünyaya gəldi. O paltarların hamısını oğlum Kuzeyə geyindirdim".

Xatırladaq ki, Özcan Deniz 2018-ci ildə Feyza Aktanla ailə qurub. Cütlüyün Kuzey adlı bir övladı dünyaya gəlib. Bir il sonra Feyza ilə Deniz qalmaqallı şəkildə boşanıblar. Hazırda 50 yaşlı sənətçi özündən 23 yaş kiçik iranlı model Samar Dadgarla sevgilidir.

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA