BMT İstanbulda Rusiya - Ukrayna danışıqlarında iştirak etməyib

BMT İstanbulda Rusiya - Ukrayna danışıqlarında iştirak etməyib
Dünya 22

BMT Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında keçirilən danışıqlarda iştirak etməyib.

BAKU.WS "Report"a istinadənu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün köməkçisi Stefani Trembley deyib.

O bildirib ki, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında davam edən münaqişə ilə bağlı görüş keçirilib. Görüşdə iştirak edən ölkələr arasında ABŞ və Türkiyə də yer alsa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) danışıqlarda iştirak etməyib: "İstanbulda keçirilən danışıqlarda vasitəçiliyə dair BMT-yə heç bir müraciət daxil olmayıb. Yəni BMT prosesdə yer almır", - Trembley deyib.

Qeyd edək ki, mayın 16-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar olub.

Son xəbərlər