Dua Lipa 40 yaşadək olan varlılar siyahısına düşən ən gənc şəxs oldu

Dua Lipa 40 yaşadək olan varlılar siyahısına düşən ən gənc şəxs oldu
Şou-biznes 119

Britaniyalı pop ulduzu Dua Lipa, "The Sunday Times"ın 2025-ci il üçün hazırladığı 40 yaşadək ən varlı insanlar siyahısına düşən ən gənc ad olub.

BAKU.WS xəbər verir ki, 29 yaşlı müğənninin sərvətinin 115 milyon funt sterlin olduğu qeyd olunub. O, siyahıda 34-cü yeri tutub.

Siyahıda Ed Sheeran (370 milyon funt), Harry Styles (225 milyon funt), Adele (170 milyon funt) və Daniel Radcliffe (100 milyon funt) kimi məşhur adlar da yer alıb.

Ən zəngin şəxs isə texnologiya sahəsində uğur qazanan, mobil oyun şirkəti Playrix-in qurucusu Dmitry Bukhman olub – onun sərvəti 12,54 milyard funt təşkil edir.

Siyahı yalnız təsdiqlənə bilən aktivlər əsasında hazırlanıb və bank hesabları nəzərə alınmayıb. Məlumata görə, siyahıdakı şəxslərin əksəriyyəti sərvətini sıfırdan yaradıb.

Son xəbərlər