Hadisənin 9 il sonra Bakı konsertində YAŞANANLAR – FOTO
Azərbaycana axın edən türkiyəli məşhurlar arasında müğənni Hadisə də yer alıb.
BAKU.WS xəbər verir ki, ötən gün sənətçinin Bakı Konqres Mərkəzində uzun müddətdir gözlənilən konserti baş tutub.
9 ildən sonra Bakıda səhnəyə çıxan ifaçı pərəstişkarlarına unudulmaz gecə yaşadıb. Hadisə sevərlər onu görmək üçün 25-250 AZN-lərindən keçməli olublar.
İfaçı konserti zamanı “Şampiyon”, “Prenses”, “Yaz günü”, “Aşk kaç beden giyer”, “Sıfır tolerans”, “Küçük bir yol”, “Düm tek tek”və “Stir me up” kimi sevilən hitlərini səsləndirib. Səhnədə müğənnini rəqqaslardan ibarət qrup müşayiət edib.
Bir-birinin ardınca dinamik və yaddaqalan mahnılarını ifa edən sənətçi pərəstişkarları ilə söhbət də edib. Hadisə Azərbaycana hər gəlişində səmimi və mehriban qarşılandığını, azərbaycanlı fanatlarından hər zaman böyük sevgi və diqqət gördüyünü etiraf edib. O, solo konsertində sevənlərini daha da coşdurmaq üçün mahnılarını iki dəfə səsləndirmək istədiyini dilə gətirib.
Müğənninin səhnə performası zamanı geyimi də diqqətlərdən yayınmayıb. Belə ki, Hadisə azərbaycanlı fanatları qarşısına bu ilin iyulunda Kiprdə otellərdən birinin açılışı zamanı geyindiyi libası ilə çıxıb.
Türkiyəli ifaçının səhnə geyimi, rəqqaslarla birgə şousu və sevilən hitləri konsertdə iştirak edənlərə möhtəşəm anlar yaşadıb.
Xatırladaq ki, müğənni sonuncu dəfə Azərbaycanda 2013-cü ildə konsert proqramı ilə çıxış edib.
Zöhrə Pənahi
Qalereya
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...