“Həyat yolumu bir azərbaycanlı müəyyən etdi” – “Jara”ya gələn Soqdiana ilə eksklüziv müsahibə - FOTO+VİDEO

“Həyat yolumu bir azərbaycanlı müəyyən etdi” – “Jara”ya gələn Soqdiana ilə eksklüziv müsahibə - FOTO+VİDEO
Video
Şou-biznes 12092
26-29 iyul tarixlərində Bakıda “JARA-2018” Beynəlxalq Musiqi Festivalı baş tutdu. Gün batan cağı parlaq, təkrarolunmaz rənglərə bürünən dörd unudulmaz gün, həm yerli, həm də xarici ulduzların əsrarəngiz şousu, həmçinin minlərlə tamaşaçı bu günləri yaddaqalan etdi. Musiqi bayramında iştirak edən müğənnilərdən biri də Soqdiana idi. Bakıda ilk dəfə qonaq olan tanınmış rusiyalı müğənni, yaradıcılığının bir çox maraqlı məqamları haqqında eksklüziv olaraq, BAKU.WS saytına danışdı. - Bakıya xoş gəlmisiniz. Deyə bilərsinizmi, paytaxtımıza gəlməmişdən əvvəl, Bakı sizdə hansı təəssüratlar yaradırdı? - Şəhəriniz haqqında çox eşitmişəm. Hər kəs hər zaman bu şəhər haqqında böyük heyranlıqla danışırdı, deyirdilər ki, bura çox gözəl, isti və dadlıdır. Mən dərhal başa düşdüm ki, bura qeyri-adi memarlıq abidələri ilə zəngin, çox inkişaf etmiş bir şəhərdir. Bu belə də oldu. - “Jara” Beynəlxalq Musiqi Festivalına gəlişinizlə bağlı nə deyə bilərsiniz?- Gəlişimə çox şadam. Mən ilk dəfədir ki, Bakıya, ümumiyyətlə, Azərbaycana gəlirəm. Şadam ki, buna bəhanə məhz “Jara” festivalı oldu. Biz burada gözəl işgüzar səfərdəyik. Festival bizə müsbət, rəngarəng emosiyalar və yeni yaradıcılıq gücü verir. Çox şadıq ki, bu festival sayəsində bizi dinləyəcəklər. “Jara” – hazırda həm Rusiyada, həm də Avropada ən qabaqcıl musiqi festivallarından biridir. Festivalın cəmi üç yaşı var, amma bu qısa vaxt ərzində liderliyi ələ ala bilib. Bu əlbəttə ki, festival təşkilatçılarının böyük zəhmətidir. Buna görə də bütün artistlər bu festivalda iştirak etmək istəyir.
Xalq artisti Emin Ağalarov və müğənni Soqdiana- Emin Ağalarovla çoxdan tanışsınız?- İlk dəfə iki il əvvəl Moskva şəhərində tədbirlərin birində tanış olmuşuq. Bilirsiniz, insan haqqında onun əməlləri və işləri danışır. O, təkcə biznes imperiyası qurmur, həm də musiqi biznesini inkişaf etdirir, öz musiqi imkanları ilə həmkarları ilə paylaşır. Mən və uşaqlarım onun uşaqlar üçün təşkil etdiyi bayramlarda məmnuniyyətlə iştirak edirik. Eminin insanlar üçün etdiyi yaxşılıqları, onlara xoş münasibətini görəndə heyrətlənməmək mümkün deyil. İnsanları ilhamlandırır!- Bildiyim qədər, siz milliyətcə ukraynalısınız. Amma sizin mahnılarınız, səhnə obrazınız Şərq abu-havasına bürünüb. Siz bunu necə izah edərdiniz?- Mən Şərqdə, Özbəkistanda doğulmuşam. Elə bir mühitdə böyümüşəm ki, orada məni hər zaman şərq musiqisi, ədəbiyyatı əhatə edib. Hətta məktəbdə özbək dilini öyrənmişəm. Ona görə bunların hamısı mənə çox əzizdir. Mən Şərq abu-havası ilə yoğrulmuşam. Özümü Şərq qadını hesab edirəm. Hətta Azərbaycanla məni bir məqam bağlayır. İş ondadır ki, bir neçə il əvvəl mən “Sən gəlməz oldun” mahnısına vurulmuşdum (mus: Ələkbər Tağıyev – red.) Bu musiqi emosiya və hisslərlə o qədər zəngindir ki, mənim ürəyimə və ruhuma tamamilə yatdı. Bu musiqi məni o qədər ilhamlandırdı ki, ona rus dilində mətn yazdım. Repertuarımda bu mahnı “Vspominay menya” (“Вспоминай меня”) adlanır. Nədənsə, əmin idim ki, bu azərbaycan xalq mahnısıdır. Sonradan məlum oldu ki, mahnının bəstəkarı var və bütün müəlliflik hüquqları onun varislərindədir. Mən isə artıq bu mahnını oxumuşdum, hətta klip də çəkmişdim. Amma mahnının varisləri mənim bu istəyimi anlayışla qarşılayıb, mahnını oxumağa icazə verdilər və buna görə də onlara çox minnətdaram. Yeri gəlmişkən, bu mahnını Azərbaycan dilində də oxumuşam. Həmçinin, mən onu “Muz TV”-nin Bakıda təşkil etdiyi konsertində də ifa etdim. Bütün zal mənimlə bərabər oxuyurdu.

Oxşar xəbərlər

Zara "Jara"da - FOTO - VİDEO

Zara "Jara"da - FOTO - VİDEO

Ermənistanda doğulmuş rusiyalı müğənni Zara Mqoyan ictimaiyyətin qəzəbinə baxmayaraq "Jara 2018" Beynəlxalq Musiqi Festivalının səhnəsində çıxış etdi. BAKU.WS...

5613 Şou-biznes 09:30 30 iyul 2018

Son xəbərlər