Zara Mqoyan Azərbaycana gəlməyəcək

Zara Mqoyan Azərbaycana gəlməyəcək
Şou-biznes 10984
Bir neçə gündür Azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olan erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyan Bakıya gəlməyəcək.BAKU.WS xəbər verir ki, Zaranın adı 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalınnda iştirak edəcək müğənnilərin siyahısından çıxarılıb.Onun adı festivalda səhnə alacaq 81 sənətçinin arasında yoxdur. Festivalın rəsmi saytında göstərilən əlaqə nömrələrindən biri ilə əlaqə saxlayıb, Zara Mqoyanın festivala gəlib-gəlməyəcəyini soruşduq. Adını açıqlamayan şəxs festivalda iştirak edəcək müğənnilərin siyahısı ilə tanış olmağımızı məsləhət gördü: "Əgər müğənninin adı siyahıda yoxdursa, deməli festivalda iştirak etməyəcək”.“Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər