Nazirlikdən erməni əsilli Zara Mqoyanın ölkəmizə gəlməsi ilə bağlı AÇIQLAMA
24
iyl
2018
14:30
Xəbər verdiyimiz kimi 26-29 iyul tarixlərində Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Sözügedən musiqi festivalında isə erməni əsilli müğənni Zara Mgoyanın iştirak etməsi heç də birmənalı qarşılanmayıb. Belə ki, Zara Mgoyanın şəxsi “İnstagram” hesabından qondarma erməni soyqırımı ilə bağlı etdiyi paylaşımı da izləyicilərdə qəzəb doğurub.BAKU.WS bizimyol.info-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinə məxsus 012 498-18-26 nömrəsindən zəngimizə cavab verən və özünü təqdim etməkdən imtina edən əməkdaş bildirib ki, Mədəniyət Nazirliyi “Jara” musiqi festivalının keçirilməsinə cavabdeh deyil. Bu festivalla bağlı məsuliyyəti “Jara” musiqi festivalının təşkilatçıları daşıyır.Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovla əlaqə yaratmaq üçün 012-498-2062 nömrəsinə zəng etdik, zəngimizə cavab verən və soyadını söyləmək istəməyən Məhəmməd adlı şəxs İntiqam Hümbətovun yerində olmadığını bildirdi.BAKU.WS
Oxşar xəbərlər
Bakıdan qayıdan müğənni sevincini biabırçı şəkildə qeyd etdi - VİDEO
Ukrayna əsilli rusiyalı müğənni Lolita Milyavskaya Bakıda iştirak etdiyi "Jara” festivalından qayıdan sonra İnstagram-da onun hesabına abunə olanların sayının 1...