"Azərbaycan məni heyran edir" - Filip Kirkorov
"Azərbaycanı çox sevirəm. Bu ölkə çox gözəldir və insanları qonaqpərvərdir. Sizin ölkə öz arxitekturası, koloriti ilə məni heyran edir. Bura böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm.
BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, "Jara" festivalının iştirakçısı, Rusiyanın Xalq Artisti Filip Kirkorov Azərbaycan barədə bu xoş təəssüratlarını jurnalistlərlə bölüşüb.
Festivalın yüksək səviyyədə keçdiyini bildirən Filip Kirkorov burada tanınmış estrada ulduzlarını, əsrarəngiz şounu, tamaşaçı sevgisini gördüyünü vurğulayıb:
"Bir daha təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Bu, möhtəşəm, fərqli çalarlı musiqi bayramıdır. "Jara" hər kəsə dəniz qədər pozitiv emosiya və unudulmaz xatirələr bəxş etdi. Dostlarımla eyni səhnəni bölüşməyimə şərait yarandığı üçün çox şadam. Məni sevən tamaşaçılarımı yenidən görmək unudulmaz hisslərdir. Növbəti "Jara" festivalını səbirsizliklə gözləyəcəyəm".
Oxşar xəbərlər
Leyla Əliyeva: "Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun" (FOTO)
"Jara” Beynəlxalq Musiqi Festivalının qırmızı xalı üzərindən ənənəvi keçid mərasimi başa çatdıqdan sonra aparıcılar musiqi bayramının fəxri qonaqları sırasında...