Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 157 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
BAKU.WS Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.
Yeni mənzillər seçim üçün mayın 23-ü saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi "YouTube" kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" çağrı mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6978 kirayə müqaviləsi bağlanıb.
Oxşar xəbərlər
Sosial şəbəkə səhifələrində ağlasığmaz elanlar: "3 manata ər tap"
Sosial şəbəkələrdə fəaliyyət göstərən evlilik və tanışlıq səhifələri son dövrlər geniş yayılıb. Maraqlıdır ki, bu platformalarda kişilər üçün elan yerləşdirmək...
