Özcan Deniz hakim qarşısına çıxdı - FOTO

Özcan Deniz hakim qarşısına çıxdı - FOTO
Foto
Şou-biznes 612

Bir neçə gün əvvəl məşhur aktyor Özcan Deniz ilə keçmiş həyat yoldaşı Feyza Aktanın məhkəməsi keçirilib. Aktyor F.Aktanın övladı ilə maraqlanmadığını bildirib və vəlayətin anadan alınaraq ataya verilməsini tələb edib. Hakim şahidləri dinləyərk qərarın bir neçə gün sonra açıqlanacağını bildirib.

BAKU.WS xəbər verir ki, Özcan Denizin sözlərinə görə, Feyza Aktan övladının qəyyumluğunun keçmiş ərinə verilməsini istəmədiyi üçün onu məhkəməyə verib. Şiddət gördüyünü deyən Aktan Özcanın 1 il 6 ay müddətinə həbsini tələb edib.

Ötən gün hakim qarşısına çıxan Özcan keçmiş həyat yoldaşına şiddət göstərmədiyini deyib. O, dəfələrlə oğlunu Feyzanın əlindən almaq istədiyini, lakin ona qarşı zorakılıq tətbiq etmədiyini bildirib.

Müğənni çıxışı zamanı Aktanın şiddəti bəhanə edib övladını birdəfəlik ondan almaq istədiyini bildirib. Feyza isə zorakılığa məruz qalmasının doğru olduğunu qeyd edib.

Məhkəmə şiddəti sübut edən dəlillərin araşdırılacağına və Özcan Denizin həbs olunub-olunmamasına növbəti dəfə qərar veriləcəyini bildirib.

Xatırladaq ki, Feyza ilə Özcan 2018-ci ildə ailə qurub. Cütlük bir il sonra boşanıb. Onların Kuzey adlı bir oğlu var.

Son xəbərlər